İyunun 16-da “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, saat 11:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- 2023/2024 mövsümündə Birinci Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi
- İkinci Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi
- Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər
- Premyer Liqa və Azərbaycan Kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi
- Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi
- Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat
- Digər məsələlər


