AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək – Gəncədə

Sabah – yanvarın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İcraiyyə Komitəsinin üzvləri bu dəfə Gəncə şəhərində bir araya gələcəklər. Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
  2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla)
  3. Digər məsələlər
Xəbəri sosial şəbəkələrdə paylaş: