AFFA Klublar Komitəsinin növbəti iclası keçirildi

Ötən gün – mayın 1-də AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplantıda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər.

İclasda klubların 2024/2025 mövsümü ilə bağlı təklifləri müzakirə olunub.

Müzakirə olunan məsələləri diqqətinizə çatdırırıq:

  1. Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün formatı
  2. Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə legioner limiti
  3. Əvəzedicilər Liqasının 2025/2026-cı illər mövsümünün formatı
  4. Dövlət tərəfindən futbolun inkişafı ilə bağlı klublara ayrılan vəsaitin meyarlarının müzakirəsi
  5. Azərbaycan Premyer Liqasının cari mövsümündə hakim idarəçiliyi ilə bağlı fikir mübadiləsi.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: