Sabah – aprelin 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat-Seçki Konfransı keçiriləcək.
Arena.az xəbər verir ki, artıq Hesabat-Seçki Konfransının gündəliyi də bəlli olub.
Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir. Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.
AFFA-nın Hesabat-Seçki Konfransının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
- Konfransın tərkibinin yoxlanılması
- AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
- Maliyyə Hesabatları
- Müstəqil auditorun hesabatı
- AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi


