AFFA Rövlan Muradova verilmiş cəzanı ləğv etdi

AFFA “Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradova İntizam Komitəsi tərəfindən verilmiş cəzanı ləğv edib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı Apellyasiya Arbitraj Tribunalı müvafiq qərar qəbul edib:

AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə “Qəbələ” klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunsun.

– AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 AZN məbləğində cərimə cəzası ləğv edilsin.

Xatırladaq ki, Premyer Liqanın 7-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda Rövlan Muradova birbaşa qırmızı vərəqə göstərilmişdi. İntizam Komitəsi buna görə onu 2 oyun cəzalandırmış, klubu isə 1600 manat cərimə etmişdi. Lakin əyalət klubu futbolçunun rəqib oyunçuya qarşı bilərəkdən kobudluq etmədiyini əsas gətirərək, bu qərara etiraz etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: