“Ağdaş” – “Şimal” oyunu da baş tutmadı – Səbəb

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasının 14-cü turu çərçivəsində keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, matçın baş tutmamasına meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmaması səbəb olub. Belə ki, 14:00-a təyin olunmuş oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar. Peşəkar Futbol Liqası tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib.

Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Xatırladaq ki, 14-cü turun ötən gün keçirilməli olan “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması da qonaq komandanın oyuna gəlməməsi səbəbindən baş tutmamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: