Aleksey İsayev daha 3 il “Sabah”da!

Sabah” yarımmüdafiəçisi Aleksey İsayev ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin may ayına kimidir. Əvvəlki sözləşmənin müddəti bu ilin iyun ayında başa çatacaqdı.

Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.

“Sabah” İsayevdən öncə Boyan Letiçlə də yeni müqavilə imzalamışdı. Slavik Alxasov, Şpiro Periçiç və Xulio Sezar Rodriqeslə yollarını ayıran paytaxt klubu, “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: