Azərbaycan Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la oyunu “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu “bayquşlar”ın heyətində 100 oyuna 12 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.
Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin may ayına kimidir.
İsayev “Sabah”dan öncə “Sumqayıt”da, həmçinin “Yenisey” (Krasnoyarsk) və “Zenit-2” kimi komandalarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 18 oyuna çıxıb, 1 qola imza atıb.


