Futbol üzrə Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçi Aleksey İsayev “Sabah”in heyətində 100-cü çempionat oyununu keçirib.
Arena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 11-ci turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşündə sonradan meydana çıxıb.
2020/2023-cü illər mövsümündə də “Sabah”da oynamış, cari mövsümün gedişində bu kluba dönmüş Aleksey 100 oyunda 11 qol vurub.
Xatırladaq ki, Aleksey İsayev Azərbaycanda “Sabah”dan başqa “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Premyer Liqada ümumilikdə 182 oyunda 12 dəfə fərqlənib.
İsayev 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib. 30 yaşlı futbolçu bu görüşlərdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


