Aleksey Kenyaykin “Turan Tovuz”da!

Bu yay “Rubin”dən azad agent kimi ayrılmış rusiyalı qapıçı Aleksey Kenyaykin bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper yeni klubuna azad agent kimi qoşulub.

Aleksey Kenyaykin Rusiyanın “Krılya Sovetov” (Samara) klubunun yetirməsidir. O, karyerası ərzində “Orenburq”, “Torpedo” (Mosvka), “Volqa” (Ulyanovsk) klublarında da forma geyinib. Kenyaykin bu ilin feralında azad agent kimi “Rubin”ə qoşulsa da, Kazan təmsilçisində debüt şansı qazanmayıb. Klub mövsüm bitən kimi onunla yollarını ayırıb.

“Turan Tovuz” daha öncə “Şamaxı”dan Dioqo Balaunu da transfer etmiş, İbrahima Vadji ilə yeni müqavilə bağlamışdı. Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok və Ayxan Hüseynov isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: