“Neftçi”nin sol cinah vingeri Alfa Konte martın 23-də Bakıda Moskva “Spartak”ına qarşı keçiriləcək yoldaşlıq oyununu buraxacaq.
Arena.az xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Syerra Leone yığması martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək. Konte də bu oyunlarda iştirak etmək üçün ölkəsinin yığmasına dəvət alıb.
Xatırladaq ki, Alfa Konte bu ilin yanvar ayında Plovdiv “Lokomotiv”indən “Neftçi”yə transfer olunub. 23 yaşlı vinger paytaxt təmsilçisində 8 oyun keçirsə də, hələ fərqlənə bilməyib. O, ötən ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığma komandasında da cəmi 2 matça çıxıb.