Amin Seydiyev “Sabah”da “100”ə çatdı

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.

25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb.

Amin Seydiyev 2020-ci ilin yayından “Sabah”da forma geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Xatırladaq ki, Seydiyev “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: