“Ançelottipərəst” Ednaldo Rodriges qovuldu

Karlo Ançelottini “selesao”ya gətirmək istəyən Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges vəzifəsindən qovulub.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Rodriges “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottinin “kral klubu ilə müqaviləsi başa çatdıqdan sonra, Braziliya millisini çalışdırması fikrini dəstəkləyən əsas sima idi.

Bildirilir ki, Rodrigesin qovulması ilə əlaqədar Ançelottinin Braziliya millisinə mümkün təyinatı haqda gələcək mənzərə də şübhə altına düşüb.

Bundan əvvəl Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Ançelottinin Braziliya millisinin baş məşqçisi vəzifəsinə dəvət edilməsinin gerçək seçim olduğunu açıqlamışdı. Lakin o, bununla bağlı heç bir rəsmi sənədin imzalanmadığını da vurğulamışdı.

Ednaldo Rodriges 2022-ci ilin martında Braziliya Futbol Konfederasiyasının prezidenti seçilib. Onun 4 illik səlahiyyət müddəti 2026-cı ilin martında başa çatmalı idi. Amma hüquqi çəkişmələrə görə Rodriges vaxtından əvvəl işdən çıxarılıb.

Vurğulayaq ki, bəzi mütəxəssislər Ednaldo Rodrigesin Braziliya Futbol Konfederasiyasına rəhbərlik etdiyi dövrü Braziliya futbolunun ən bərbad dövrlərindən biri kimi qiymətləndirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: