Türkiyənin “Trabzonspor” klubu norveçli futbolçusu Anders Trondsen ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm Türkiyə çempionu olan bu klubla 27 yaşlı yarımmüdafiəçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Trabzon təmsilçisi oyunçuya 1 milyon 252 min 500 avro məbləğində təzminat ödəyəcəyini də bəyan edib.
Xatırladaq ki, Anders Trondsen 2020-ci ilin avqustunda “Trabzonspor”la 4 illik müqaviləyə imza atmışdı. Onun klubla müqaviləsinin müddəti 31 iyun 2024-cü ildə başa çatmalı idi. Norveçli yarımmüdafiəçi Türkiyə klubunun heyətində cəmi 14 matça çıxsa da, fərqlənə bilməyib.
Trondsen daha öncə “Lillehammer”, “Stabek”, “Sarpsborq” və “Rusenborq” kimi klubların da formasını geyinib. O, Norveç yığmasında da 4 oyun keçirib.