Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya Kubokunun 2026-cı il mövsümünün 1/8 final mərhələsi çərçivəsində “Asan” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 107 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 47 matça çıxıb, 1 qola imza atıb.


