Anton Krivotsyuk cari mövsümdə ilk dəfə ehtitatda qaldı

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen” komandasının bu gün keçirdiyi oyunda iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 7-ci turu çərçivəsində “Jeonbuk” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası bu görüşdə 2 cavabsız qolla uduzub. Anton bu dəfə sonadək ehtiyatda qalıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 8 oyuna topladığı 16 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 8 oyuna 5 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Cari mövsümdə ilk dəfə ehtiyatda qalan Anton əvvəlki görüşlərin hamısında iştirak etmişdi.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 68 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: