Anton Krivotsyuk ehtiyatda qaldı, “Visla” yenə uduzdu

Futbol üzrə Polşa çempionatında 22-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zaqlenbe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 22 turdan sonra 30 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: