Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa çempionatının 14-cü turu çərçivəsində baş tutan “Stal”la matçın iştirakçısı olub.
Plotsk təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü 13-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Visla” 14 oyuna topladığı 25 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.


