Anton Krivotsyuk oynadı, “Visla” 4 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 10-cu turu çərçivəsində “Qurnik”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Visla” meydanı 2:4 hesablı məğlubiyətlə tərk edib. Anton Krivotsyuk bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

“Visla” 10 turdan sonra 10 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: