Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 5-ci turu çərçivəsində “Zaqlenbe” ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Visla” meydanı 4:o hesablı qələbə ilə tərk edib.
Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Visla” 5 turdan sonra 6 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.


