Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 29-cu turu çərçivəsində “Lex”lə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.
Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək oynayıb. O, 5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Plotsk “Visla”sı 29 turdan sonra 42 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


