Anton Krivotsyuk oynadı, “Visla” evində uduzdu

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 26-cı turu çərçivəsində “Slask” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Plotsk “Visla”sı 26 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: