Anton Krivotsyuk oynadı, “Visla” inamlı qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 13-cü turu çərçivəsində “Visla” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və adaşı üzərində 2:0 hesablı qələbəyə sevinib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Plotsk “Visla”sı 13 turdan sonra 16 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: