Anton Krivotsyuk oynadı, “Visla” kubokda mübarizəni dayandırdı

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk “Visla”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşa kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Legiya” ilə matçın iştirakçısı olub.

Plotsk təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı 0:3 hesablı məğlubiyyətlə tərk etməklə kubokda mübarizəni dayandırıb.

Anton Krivotsyuk bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: