Anton Krivotsyuk oynadı, “Visla” səfərdən xalsız döndü

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 17-ci turu çərçivəsində “Stal”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Plotsk “Visla”sı 17 turdan sonra 23 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: