Anton Krivotsyuk oynadı, “Visla” tək qolla qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 19-cu turu çərçivəsində “Lexiya” (Qdansk) ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydandan qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Anton Krivotsyuk bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb. O, 70-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Plotsk “Visla”sı 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: