Anton Krivotsyuk Polşada daha bir qol vurdu – VİDEO

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 9-cu turu çərçivəsində “Şlask” (Vrotslav) ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Visla” meydanı 1:3 hesablı məğlubiyətlə tərk edib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 34-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Komandasının yeganə qolunu da millimizin müdafiəçisi vurub. Anton ilk yarım saatın tamamında komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsi ilə qola çevirib.

Bu, Krivotsyukun Polşa çempionatında ikinci qoludur. O, 4-cü turda səfərdə “Pyast”a 3:4 hesabıyla uduzduqları matçda da fərqlənmişdi.

“Visla” 9 turdan sonra 10 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.