Anton Krivotsyuk “Visla”da qol hesabını açdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) klubunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun komandası Polşa çempionatının 4-cü turu çərçivəsində “Pyast” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Visla” meydanı 3:4 hesablı məğlubiyyətlə tərk edib.

Anton Krivotsyuk bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 38-ci dəqiqədə məhz millimizin üzvü vurub. Bu, onun həm Plotsk təmsilçisində, həm də ümumilikdə Polşa çempionatında vurduğu ilk qoldur.

“Visla” 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: