Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “İmişli” “Araz-Naxçıvan”la yoxlama matçı keçirib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında üz-üzə gəliblər.
Dörd qolun qeydə alındığı görüş İmişli təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “İmişli”nin qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar. “Qırmızı-ağlar”ın heyətində isə Patrik Andrade fərqlənib.
“İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də “Şəfa” komandasına qarşı keçirəcək. “Araz-Naxçıvan” isə oktyabrın 2-də “Neftçi” ilə qarşılaşacaq.
Xatırladaq ki, Naxçıvan təmsilçisi Premyer Liqanın geridə qalmış 6 turundan sonra cəmi 2 xalla sonuncu pillədə qərarlaşıb. Bu komanda 2 heç-heçə etdiyi halda 4 məğlubiyyətə üzülüb. “İmişli” isə 4 xalla 8-cidir. Əyalət təmsilçisi 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görüb.


