Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” 2026/27 mövsümü öncəsi daha 2 futbolçu ilə müqavilə imzalayıb.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Sözügedən klub 25 yaşlı Qabil Əlizadə və 21 yaşlı Nihat Mehralıyevi heyətinə qatıb. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.
Nihat Mehralıyev ötən mövsümü “Şamaxı”da keçirib, Qabil Əlizadə isə “Sumqayıt-2”, “Karvan” və “Mingəçevir”in formasını geyinib.
“Araz-Naxçıvan” bu yay Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi, Mamadu Kane, Ceyhun Nuriyev, Ağadadaş Salyanski, Boyan Letiç, Abdulla Rzayevi də heyətinə qatıb.
Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb.
Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov və Slavik Alxasov da komandanı tərk ediblər.


