“Araz-Naxçıvan”da İsmail Azzaui yenidən sıradan çıxdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İsmail Azzaui yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Mərakeş əsilli belçikalı futbolçu hazırda fərdi məşq edir. Buna səbəb 25 yaşlı yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir. Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahət edən “Araz-Naxçıvan” məşqləri davam etdirir. Komanda Bakı Olimpiya Stadionun ehtiyat meydanında gündə bir dəfə olmaqla hazırlıq keçir.

İsmail Azzaui bu ilin avqust ayından “Araz-Naxçıvan”da çıxış edir. O, sözügedən komandada 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi əvvəllər “Volfsburq”, “Villem II” və “Herakles” kimi klublarda da çıxış edib, Belçikanın U-15, U-16, U-17 və U-19 yığmalarında oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: