Birinci Liqanı 10-cu sırada başa vurmuş “Araz Saatlı” ilə İkinci Liqanın ikincisi “Cəbrayıl”ın cavab pley-off matçının hakimləri açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu komandaların cavab matçını Tural Qurbanov idarə edəcək.
Xatırladaq ki, 2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü ötən həftə “Bayıl Arena”da baş tutub. Qarşılaşma Cəbrayılın eyniadlı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Bu komandalar arasında cavab qarşılaşması sabah – iyunun 15-də Saatlıda baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan Birinci Liqasında çıxış etmək hüququ qazanacaq.
Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
15 iyun
“Araz Saatlı” – “Cəbrayıl”
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Saatlı OİK stadionu, 17:30.


