“Araz Saatlı” qvineyalı müdafiəçi transfer etdi

Birinci Liqada mübarizə aparan və çempionatın aşkar autsayderi olan “Araz Saatlı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub qvineyalı mərkəz müdafiəçisi Tahiru Bahı öz heyətinə qatıb.

20 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanılıb. Tahiru Bah yeni komandasında 2 nömrəli forma ilə çıxış edəcək. O, bu gün baş tutacaq “Difai Ağsu” ilə oyunda meydana çıxacaq.

Xatırladaq ki, Birinci Liqanın 5-ci turu çərçivəsində baş tutacaq “Araz Saatlı” – “Difai Ağsu” bu gün Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Geridə qalan 4 turda bütün oyunlarından məğlub ayrılmış Saatlı təmsilçisi hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

“Araz Saatlı” bir neçə gün öncə Nigeriyadan olan 18 yaşlı mərkəz yarımmüdafiəçisi Elijah Junior Beni də heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: