“Araz Saatlı”nın prezidenti Ədalət Abdullayev futbolçu Sahil Həsənovun komandadan uzaqlaşdırılmasına münasibət bildirib.
Arena.az saytına açıqlamasında o, bunları söyləyib:
“Futbolçuyla qarşılıqlı şəkildə yolları ayırmışıq. Baş məşqçinin təlimatına uyğun olaraq agenti ilə əlaqə saxlayıb müqaviləsinə xitam verilib. Sahil ilk dəfə kluba gələndə mənlə əlaqə saxlamışdı. Həmin zaman heç agenti yox idi. Komandada hansısa dəyişiklik edilməlidir. Biz tərəfdən heç bir qeyri-etik ifadə olmayıb. Bundan öncə də 3 nəfərlə yolları ayırmışıq. Biri hərbi xidmətə gedib. Biriylə zədəsinə görə razılaşıb ayrılmışıq. Digəri özünə başqa iş tapıb. Hamısı ilə hallalaşıb ayrılmışıq. Sahil Həsənovun da agenti ilə danışıb qarşılıqlı xitam barəsində razılaşmışıq. Futbolçuya noyabr ayının maaşı da veriləcək”.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sahil Həsənovun Mərkəzi Aran təmsilçisi ilə cari mövsümün sonuna qədər müqaviləsi vardı. Lakin ona məşqlərə qatılmaq qadağan edilib. Saatlı klubunn oyunçunun maaşını da ödəmək istəmədiyi bildirilirdi.
Xatırladaq ki, “Araz Saatlı” hazırda Birinci Liqada 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.


