Arda Gülər yenidən zədələndi

Futbol üzrə Türkiyə milli komandasının və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Arda Gülər yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müayinələrdən sonra 18 yaşlı futbolçunun sol bud əzələsində zədə aşkarlanıb. Onun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.

Xatırladaq ki, Arda Gülər bu il iyulun 7-də “kral klubu” ilə müqavilə imzalasa da, komandanın yay təlim-məşq toplanışında ağır zədə almışdı. Bu üzdən o, hələ yeni komandasının heyətində rəsmi matça çıxa bilməyib.

Arda Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. O, 2014-2019-cu illərdə sözügedən klubun akademiyasında olub, daha sonra “Fənərbaxça”ya keçib. Gülər “Fənərbaxça”nın əsas komandasının heyətində 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Eyni zamanda “Barselona”nın hədəfində olan Gülər, son anda “kral klubu”nun leyinə seçim edərək, madridlilərlə müqavilə bağlayıb.

Gülər Türkiyə yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: