“Arsenal” daha bir ciddi itki ilə üzləşdi

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Praqa “Slaviya”sına (Çexiya) qarşı keçiriləcək ilk oyundan öncə daha bir ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kiran Tirni zədələnib.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la oyununda (0:3) zədələnən Tirni, təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Tirni bu mövsüm 33 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” bir neçə gün öncə müdafiəçisi David Luisin də ximətindən məhrum olmuşdu. O da azı 2-3 həftə komandasına kömək edə bilməyəcək.

“Arsenal”da Martin Edeqor da zədədən əziyyət çəkir. Onun da qarşıdakı oyunda iştirakı sual altındadır. Əvəzində Bukayo Saka, Emil Smit Rou və Qranit Caka zədəsini sağaldıb və Avroliqa matçında iştirak etməsi gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: