“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın “Liverpul”la 9-cu turunun ev oyunundan gözləntilərini açıqlayıb.
Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, ispan mütəxəssis “topçular”ın heyətində zədəlilərin çoxluğunu qabardıb:
“Aydındır ki, biz bu vəziyyətdə olmaq istəməzdik, amma bu heyətə, bu oyunçulara, bu zehniyyətə sahib olduğumuz üçün həqiqətən bəxtəvərik.
Çətin vəziyyətə qarşılıq vermək gərək olanda özümüzə acımırıq. Gəlin, etiraf edək. Biz bunun nə qədər yaxşı olduğunu və ona qarşı durmağın nə qədər çətin olduğunu bilən bir komandayıq. Mənə, müvafiq amansız köklənmə xoşdur.
Ayrıca adamların və komandaların bu vəziyyətə necə qarşılıq verdiyini görmək mənə xoş gəlir. Yazıqlıq baxışları? Mən onlara nifrət edirəm. Heyətdən, komandadan da müvafiq baxış görməmişəm. Bununla barışmalı və dişlərini göstərmək gərəkdir. Mövcud vəziyyət digər oyunçulara da fürsət verə bilər, həm də komandamıza müvafiq şəraitə qarşı baş qaldırmaq imkanı yarada bilər”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” zədə səbəbindən “Liverpul”la oyuna “topçular” – Bukayo Saka, Rikkardo Kalafyori, Martin Edeqor, Takehiro Tomiyasu və Yurrien Timberi çıxara bilməyəcək.
“Arsenal” – “Liverpul” oyunu bu gün, oktyabrın 27-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.
8 oyundan 21 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşmış “Liverpul” mümkün lider qismindədir. “Arsenal” isə 8 oyundan 17 xalla 4-cü pillədə yer alıb.
“Mançester Siti” isə 9 turdan sonra 23 xalla Premyer Liqanın yarış cədvəlinə şərti olaraq başçılıq edir.


