Beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor Asim Xudiyev təyinat alıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, iyulun 14-də UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Kayrat” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, bu, sözügedən komandalar arasındakı cavab oyunu olacaq. Qarşılaşma Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.


