Asim Xudiyev Gürcüstan – Cəbəllüttariq matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Cəbəllüttariq oyununda iş başında olacaq.

Bu qarşılaşma sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: