Asim Xudiyev “Midtyulland” – “Proqres” matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, bu turnirin 2-ci təsnifat mərhələsinin “Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) matçında iş başında olacaq.

Asim Xudiyev bu görüşün hakim-inspektoru təyin olunub. Həmyerlimiz Bolqarıstandan olan hakimlərin işinə qiymət verəcək. Oyunun baş hakimi Volen Çinkov təyin olunub.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun Danimarkada – “Herninq Arena”da baş tutacaq. İyulun 26-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: