Asim Xudiyev “Qəbələ”nin macarlarla oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin 1-ci mərhələsində Macarıstanın “Puşkas Akademiyası”na qarşı keçirəcəyi oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Bu oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq “Qəbələ” – “Puşkaş Akademiyası” oyununa saat 16:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: