Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Asim Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Universitatya” (Krayova, Rumıniya) – “Maynts” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 27-də Krayova şəhərində Yon Oblemenko adına stadionda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.
Xatırladaq ki, “Maynts” Konfrans Liqasının cari mövsümündə keçirdiyi hər üç oyundan qalib ayrılıb və 9 xalla 3 şərikli liderdən biridir. Krayova “Universitatya”sı isə 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Rumıniya təmsilçisi 4 xalla 20-cidir.


