Asim Xudiyev Yunanıstan – Andorra matçına təyinat aldı

Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, beynəlxalq dərəcəli hakim-inspektor UEFA-dan növbəti təyinat alıb. Belə ki, Asim Xudiyev seçmə mərhələnin Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Yunanıstan – Andorra matçı martın 26-da baş tutacaq. Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: