Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, o, bu turnirin qrup mərhələsi çərçivəsində baş tutacaq “Zarya” (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) matçında iş başında olacaq.
Asim Xudiyev bu görüşün hakim-inspektoru təyin olunub. Həmyerlimizin hansı hakimlərin işinə qiymət verəcəyi hələ məlum deyil.
Xatırladaq ki, “Zarya” ilə “Makkabi” arasındakı oyun noyabrın 9-da Polşanın Lublin şəhərində keçiriləcək.


