Aşortiya “Turan Tovuz”dan ayrıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubu hücumçusu İmeda Aşortiya ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Gürcüstandan olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.

Xatırladaq ki, İmeda Aşortiya bu mövsümün əvvəlindən Tovuz təmsilçisinin uğurları üçün çalışırdı. 25 yaşlı futbolçu 2022-ci ilin iyul ayında Azərbaycan klubu ilə 1 illik müqaviləyə imza atmışdı. O, mövsümün geridə qalan hissəsində “Turan Tovuz”da 15 oyuna çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Aşortiya vətənində “Dila”, “Sxinvali”, “Kolxeti”, “Şukura” və “Telavi”nin formasını geyinib. Onun karyerasını yenidən ölkəsində davam etdirəcəyi gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: