İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Madrid təmsilçisi “Valensiya”nın yarımmüdafiəçisi Daniel Vassı heyətinə qatıb.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Daniel Vass 2018-ci ildən “Valensiya”nın uğurları üçün çalışırdı. Danimarka milli komandasının da üzvü olan futbolçu, La Liqa klubunda 152 oyunda 9 qola imza atıb. Peşəkar karyerasına “Bröndbü”də başlamış yarımmüdafiəçi, “Fredrikstad”, “Benfika”, “Evian” və “Selta” klublarının da formasını geyinib. Ölkəsinin yığmasında 41 matç keçirmiş danimarkal futbolçu, 1 dəfə də qol sevinci yaşayıb.


