Autsayder “Araz Saatlı” nigeriyalı vingerlə müqavilə bağladı

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Araz Saatlı” klubu heyətini daha bir legionerlə gücləndirib.

Arena.az xəbər verir ki, ötən həftədən klubun düşərgəsində baxışda olan nigeriyalı vinger Şequn Ezekiel Omotoşo bundan sonra Saatlı təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Artıq tərəflər arasında rəsmi müqavilə bağlanıb. Sözləşmənin müddəti bu mövsümün sonuna qədərdir.

19 yaşlı futbolçu buna qədər Nigeriya Birinci Liqasında mübarizə aparan “Coy Komet”in heyətində çıxış edib.

Şequn Omotoşo sabah Birinci Liqanın 11-ci turu çərçivəsində baş tutacaq “Mingəçevir”lə səfər oyununda debüt edə biləcək. Baş məşqçi Rüfət Quliyev şans verəcəyi halda o, yeni komandasının heyətində 15 nömrəli forma ilə mübarizə aparacaq.

Xatırladaq ki, “Araz Saatlı” Birinci Liqada 10 turdan sonra cəmi 3 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: