Avqustun 16-da AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Avqustun 16-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, toplantı saat 10:00-da başlayacaq. İclasın gündəliyinə bu məsələlər daxil edilib:

  1. 2023/2024-cü illər mövsümündə İkinci Liqada çıxış edəcək komandaların siyahısının təsdiqi;
  2. Digər məsələlər.

Xatırladaq ki, İkinci Liqada iştirak edəcək komandaların ilkin siyahısı AFFA İcraiyyə Komitəsinin əvvəlki iclasında təsdiqlənmişdi. Lakin görünür həmin siyahıda hansısa dəyişikliklər olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: