Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib. Arena.az xəbər verir ki, Azərbaycan bu mərhələdə iki komanda ilə təmsil olunacaq.
“Neftçi” İsrailin “Makkabi” (Hayfa), “Qarabağ” isə Şotlandiyanın “Aberdin” komandası ilə üz-üzə gələcək. Ağdam klubu cari avrokubok mövsümünə elə sözügedən turnirin 1-ci mərhələsindən başlayıb. Azərbaycan çempionu “Neftçi” isə əvvəlcə UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasında mübarizəni dayandırıb və Konfrans Liqasında mübarizə aparmaq məcburiyyətində qalıb.
İngiltərənin “Tottenhem” komandası bu mərhələdə “Pasuş de Ferreyra” (Portuqaliya) ilə qarşılaşacaq.
Türkiyənin “Trabzonspor” klubu pley-offda İtaliyanın “Roma” komandasına rəqib olub. “Sivasspor” isə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-offun oyunları 19 və 26 avqust tarixlərində keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
Jalgiris (Litva) – Bodo Qlimt (Norveç)
Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail)
Flora (Estoniya) – Şemrok Rovers (İrlandiya)
Riqa (Latviya) – Linkoln (Cəbəllütariq)
Fola (Lüksemburq) cütünün qalibi – Kayrat (Qazaxıstan)
Əsas yol
Qarabağ (Azərbaycan) – Aberdin (Şotlandiya)
Bazel (İsveçrə) – Hammarbü (İsveç)
Viktoriya (Çexiya) – ÇSKA (Sofiya, Bolqarıstan)
Pasuş de Ferreyra (Portuqaliya) – Tottenhem (İngiltərə)
Renn (Fransa) – Rusenborq (Norveç)
Anderlext (Belçika) – Vitess (Niderland)
LASK (Avstriya) – Qalatasaray (Türkiyə)
Şaxtyor (Qazaxıstan) – Makkabi (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan) – Riyeka (Xorvatiya)
KuPS (Finlandiya) – Union Berlin (Almaniya)
Feyenoord (Niderland) – Elfsborq (İsveç)
Rakuv (Polşa) – Gent (Belçika)
Sivasspor (Türkiyə) – Kopenhagen (Danimarka)
Santa Klara (Portuqaliya) – Partizan (Serbiya)
Trabzonspor (Türkiyə) – Roma (İtaliya)
Hapoel (Beer-Seva) – Anortosis (Kipr)
Yablonets (Çexiya) – Jilina (Slovakiya)