Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
Arena.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.
Döyüş boksçumuzun xeyrinə yekunlaşıb. Nəbi İsgəndərov 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.
Xatırladaq ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Bu gün Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.
Oktyabrın 8-də start götürmüş Avropa 6 gün davam edəcək. Final döyüşləri isə ayın 14-də olacaq. Yarışda baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 10 boksçumuz qüvvəsini sınayır. Komandamız oktyabrın 16-da Bakıya qayıdacaq.


